Logo
    main-post-cover

    Apple AirPods üçün heç vaxt satışa çıxmayan yeni rənglər sınaqdan keçirib

    Cihazlar+
    29.12.2025
    Sevinc
        Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın AirPods qulaqlıqları ilə bağlı daha əvvəl sınaqdan keçirilmiş, lakin heç vaxt satışa çıxmayan yeni rənglər ortaya çıxıb. Yeni sızma məlumatlarına görə, şirkət 2016-cı ildə bazara çıxarılan tam ağ AirPods dizaynından əvvəl daha cəsarətli rəng variantlarını da test edib.
    Image
        Məlumatı paylaşan sızdırıcı Kosutami iddia edir ki, Apple parlaq sarı və parlaq çəhrayı rəngdə AirPods şarj qutularını sınaqdan keçirib. Əgər bu məlumatlar doğrudursa, sarı rəng tamamilə yeni detaldır, çünki əvvəlki sızmalarda yalnız çəhrayı tona bənzər variantdan bəhs edilirdi. Hələ 2023-cü ildə Kosutami Apple-ın AirPods üçün çəhrayı, PRODUCT(RED), bənövşəyi, qara və “Blonde” adlandırılan açıq tonlu rəngləri planlaşdırdığını açıqlamışdı. Lakin həmin görüntülərdə göstərilən “çəhrayı” rəng daha çox açıq dəri tonu və ya solğun qəhvəyi çalara bənzəyirdi.
        Bu rənglərin, əsasən, həmin dövrdə təqdim olunan iPhone 7 seriyasının rəng palitrası ilə uyğunlaşdırılması planlaşdırılırdı. Hətta bənövşəyi iPhone 7 versiyası da planlaşdırılsa da, son anda ləğv edilib. Nəticədə Apple iPhone 7-ni yalnız gümüşü, qızılı, rose gold və qara rənglərdə satışa çıxardı, 2017-ci ildə isə PRODUCT(RED) versiyası əlavə olundu. Qeyd edilir ki, rəngli AirPods ideyasından Apple dizayn və məhsulun son yoxlama mərhələlərində, Design Validation Testing (DVT) və Product Validation Testing (PVT) zamanı imtina edib. Bu səbəbdən AirPods bu günə qədər yalnız ağ rəngdə təqdim olunur.
    Paylaş