Apple iPhone 14 Pro modellərinin kamera və RAM göstəricilərini təkmilləşdirəcək

Apple iPhone 14 Pro modellərinin kamera və RAM göstəricilərini təkmilləşdirəcək

Mobil Cihazlar
15.12.2021 PAYLAŞIM

    Apple şirkətinin bir neçə ay bundan öncə iPhone 13 seriyasını təqdim etməsinə baxmayaraq internetdə artıq iPhone 14 seriyası barəsində məlumatlar ortaya çıxır. Beləliklə verilmiş yeni məlumata əsasən Apple gələn ilki iPhone modellərinin kamera və RAM göstəricilərini təkmilləşdirməyi planlaşdırır. Macrumors saytının verdiyi məlumata əsasən iPhone 14 Pro 14 Pro Max modellərinin arxa kamera sistemlərindəki əsas obyektiv 48 MP-lik olacaq. Bununla belə teleobyektiv ilə ultragenişbucaqlı obyektivin hər biri 12 MP-lik olaraq qalacaq.

    Məlumatda qeyd edilib ki, smartfonların əsas kamera obyektivlərinin 48 MP-lik olmaları öz növbələrində smartfonlara 8K keyfyyətində videoların çəkilməsi imkanını verəcəklər. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, iPhone 14 Pro modelləri 8 GB RAM ilə təchiz olunacaqlar. Qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 13 Pro modelləri 6 GB RAM ilə təchiz olunurlar. Apple şirkətinin adi iPhone 14 modellərinin RAM göstəricilərinin 4 GB-dan 6 GB-a yüksəldib-yüksəltməyəcəyi barəsində bir məlumat yoxdur. Həmçinin gələn ilki bütün iPhone 14 modellərinin ekranlarının 120 Hz-lik təsvir yenilənməsinə sahib olacaqları gözlənilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Motorola brendi 200 MP-lik kameraya sahib Frontier kod adlı yeni flaqman smartfo..

Dekabr ayında Motorola brendi Moto Edge X30 adlı flaqman smartfon modelini təqdim etmişdi.


Google şirkətinin ilk qatlana bilən smartfonunun sxematik animasiyası ortaya çıx..

Google şirkətinin ilk qatlana bilən smartfonu barəsində yeni məlumatlar ortaya çıxıb.


iPhone 14 Pro modellərinin ekranları fərqli ölçülərə sahib iki ədəd çıxıntı ilə ..

Apple şirkətinin öz növbəti iPhone modellərinin ekranları üzərlərindəki ənənəvi çıxıntı hissədən imt..


Qatlana bilən Xiaomi Mix Fold 2 barəsində ilk məlumatlar verilib

Keçən il Xiaomi şirkəti özünün Mix Fold adlı ilk qatlana bilən smartfon modelini təqdim etmişdi. ..


Motorola brendi Xiaomi Mi Mix Alpha tərzində olacaq smartfon üzərində çalışır..

2019-cu ildə təqdim edilmiş konseptual Xiaomi Mi Mix Alpha smartfonu, bütün gövdəsi ekran ilə əhatə ..


Xiaomi Black Shark 5 gamer smartfonunun bəzi texniki özəllikləri barəsində məlum..

Dünən məlumat ortaya çıxmışdı ki, Çinin ən böyük şirkətlərindən biri olan Tencent Xiaomi-nin Black S..

×