
İnsayderlərin əvvəlcədən də xəbər verdikləri kimi Apple şirkəti həqiqətən də yeni gövdə rənginə sahib iPhone 14 və iPhone 14 Plus-ı anons edib. Beləliklə yaxın zamanda alıcılar parlaq sarı rəngdə gövdəyə sahib iPhone 14 və ya iPhone 14 Plus modelini əldə edə biləcəklər. Qeyd etmək lazımdır ki, yeni gövdə rənginə sahib iPhone 14 ilə iPhone 14 Plus modellərinin texniki göstəricilərində heç bir dəyişiklik yoxdur. Onların sadəcə gövdə rəngləri dəyişilib. Məlumata əsasən parlaq sarı rəngdə gövdəyə sahib iPhone 14 ilə iPhone 14 Plus modelləri 14 mart tarixində satışa çıxacaqlar.
Şərh yoxdur