Apple şirkəti 3 iPhone modelinin satışını dayandıracaq
Cihazlar+
24.08.2020
Farid Pardashunas
Apple şirkətinin təqdimat tədbiri getdikcə yaxınlaşır. İnsayderlərin verdikləri məlumata əsasən payızda baş tutacaq təqdimat tədbirində 4 yeni iPhone modelinin təqdim olunmaları ilə yanaşı həmçinin bir neçə iPhone-nun satışları dayandırılacaq. Bu barədə Gizchina saytı xəbər verib. Məlumata əsasən iPhone 12 seriyasının təqdimatından sonra Apple şirkətinin rəsmi saytından iPhone 11 Pro, iPhone 11 Pro Max və iPhone XR modelləri yığışdırılacaqlar.
Yeni təqdim olunacaq iPhone 12 modelləri iPhone 11 Pro və iPhone 11 Pro Max-ı əvəz edəcəklər. İnsayderlərin verdikləri məlumatlara əsasən iPhone XR-in satışdan çıxarılma səbəbi isə şirkətin onun qiymətini aşağı salmaq istəməməsidir. iPhone XR-in yerinə alternativ kimi iPhone SE (2020) modeli təqdim olunacaq. Bununla belə şirkət adi iPhone 11 modelinin satışını davam etdirəcək.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək