
ASUS ROG Ally portativ oyun konsolunun yenilənmiş versiyası təqdimata hazırlaşır
Cihazlar+
10.05.2024
Sabina
ASUS şirkəti keçən ilin may ayında ROG Ally adlı portativ oyun konsolunu təqdim etmişdi. İndi isə şirkət onun yenilənmiş versiyasının təqdimatına hazırlaşır. Portativ oyun konsolunun yenilənmiş versiyası ASUS ROG Ally X adlanacaq. Şirkət artıq onun təqdimatını anons edib. Beləliklə şirkətin rəsmi anonsuna əsasən ASUS ROG Ally X portativ oyun konsolu 2 iyun tarixində baş tutacaq Computex 2024 sərgisi çərçivəsində təqdim olunacaq.

Bir daha qeyd etmək lazımdır ki, bu, ASUS-un tamamilə yeni portativ oyun konsolu olmayacaq. O, keçən ilki ROG Ally ilə müqayisədə daha böyük həcmli batareyanı və 32 GB-lıq RAM-ı əldə edəcək. Bununla yanaşı ROG Ally X-in daxili yaddaş həcmi dəyişdirilə bilən olacaq. Cihazın ekran ölçüsü keçən ilki ROG Ally-da olduğu kimi 7 düym təşkil edəcək və o, 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Prosessora gəldikdə isə o da dəyişilməz olaraq qalacaq. Söhbət, AMD Ryzen Z1 Extreme prosessorundan gedir. ASUS ROG Ally X-in keçən ilki ROG Ally-dan bir qədər baha qiymətə satılacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
