
ASUS TUF Gaming VG34WQML5A monitoru təqdim edilib - QİYMƏTİ
ASUS şirkəti TUF Gaming VG27AQML5A monitoru ilə yanaşı TUF Gaming VG34WQML5A monitorunu da təqdim edib. Beləliklə bu yeni monitor 250 Hz-lik təsvir yenilənməsinə sahib 3440x1440 piksel keyfiyyətli 34 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 95%-ni əhatə edir. Monitor özündə AMD FreeSync Premium və NVIDIA G-Sync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor DisplayPort 1.4, HDMI 2.1, USB 3.2 Gen 1 Type-A girişlərini əldə edib. ASUS TUF Gaming VG34WQML5A artıq satışa çıxıb və onun qiyməti 459 avro təşkil edir.

Paylaş