main-post-cover

    BlackBerry geri qayıdır: Yeni BlackBerry smartfonunun satışa çıxacağı anons edilib (VİDEO)

    Cihazlar+
    19.08.2020
    Farid Pardashunas
        Bu ilin əvvəlində Çinin TCL şirkəti BlackBerry smartfonlarının istehsalatının və satışlarının dayandırılmasını elan etmişdi. Lakin heç gözlənilmədən yeni BlackBerry modelinin satışa çıxacağı anons edilib. Yeni smartfon fiziki klaviatura həvəskarlarının zövqlərini oxşamalıdır. Bu barədə 9to5google saytı xəbər verib. BlackBerry smartfonlarını bundan sonra OnwardMobility adlı yeni şirkət satışa çıxardacaq. Bu barədə məlumat şirkətin Youtube kanalında verilib.
        Qeyd etmək lazımdır ki, bu şirkət 1 ildirki mövcuddur və onun tərkibində mobil, korporativ sahələrin veteranları çalışırlar. Şirkətin saytında qeyd olunmuş məlumata əsasən o, ən təhlükəsiz mobil cihazları təqdim etmək niyyətindədir. Qeyd etmək lazımdır ki, BlackBerry smartfonlarının yaradılması və istehsalı ilə FIH Mobile Limited şirkəti məşğul olacaq.
        O isə Foxconn şirkətinin strukturuna daxil olan şirkətdir. Artıq elan olunub ki, 2021-ci ildə Android əməliyyat sistemi vasitəsilə çalışacaq yeni BlackBerry smartfonu satışa çıxacaq. Həmin smartfon QWERTY klaviatura ilə təchiz olunacaq 5G şəbəkəsini dəstəkləyəcək. OnwardMobility şirkətinin bəyanatların əsasən o, daha çox BlackBerry modelini satışa çıxartmaq istəyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər