
Bu il ərzində təqdim olunacaq REDMI K90 Pro barəsində ilk məlumatlar təqdim edilib
Cihazlar+
21.01.2025
Emil
Xiaomi-nin REDMI brendi keçən ilkin noyabr ayının sonunda REDMI K80 smartfon seriyasını təqdim etmişdi. Bu seriyaya REDMI K80 və K80 Pro modelləri daxil oldular. İndi isə məlum olub ki, REDMI brendi artıq aktiv şəkildə REDMI K90 seriyası üzərində çalışır. Digital Chat Station ləqəbli məşhur insayder öz növbəsində hazırlanan bu yeni seriyaya daxil olacaq REDMI K90 Pro modeli barəsində ilk təfərrüatları təqdim edib.
Beləliklə insayderin sözlərinə əsasən REDMI K90 Pro smartfonu Snapdragon 8 Elite 2 prosessoru vasitəsilə çalışa bilər. Bu öz növbəsində REDMI K90 Pro modelini keçən ilki REDMI K80 Pro-dan daha performanslı etməlidir. Bununla yanaşı məlumatda qeyd edilib ki, hazırlanan yeni smartfon 2K keyfiyyətli OLED ekrana sahib olacaq. İnsayderin sözlərinə inansaq, REDMI K90 Pro özündə optik zoom özəllikli 50 MP-lik periskop telekameranı birləşdirəcək. REDMI K90 smartfon seriyasının bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
