
Büdcəli Honor Pad X7 planşeti təqdim edilib - QİYMƏTİ
Honor şirkəti öz yeni büdcəli planşetini təqdim edib. Söhbət, Honor Pad X7-dən gedir. Bu yeni planşet kompakt ölçünü və Snapdragon prosessorunu əldə edib. Beləliklə Honor Pad X7 planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 1340x800 piksel keyfiyyətli 8.7 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 625 nit təşkil edir. Planşetin gövdə qalınlığı 7.99 mm, çəkisi isə 365 qram təşkil edir. Planşet Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Pad X7 özündə 8 MP-lik arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə planşet 7020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Pad X7 artıq satışa çıxıb və onun qiyməti 93$ təşkil edir.

Paylaş