
Büdcəli Honor Pad X8a planşeti təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.09.2024
Emil
Honor şirkəti yeni büdcəli planşetini təqdim edib. Planşet Honor Pad X8a adlanır. Böyük ölçülü ekranı əldə etmiş bu yeni büdcəli planşet gündəlik istifadə üçün nəzərdə tutulmuş balanlaşdırılmış texniki imkanları əldə edib. Beləliklə Honor Pad X8a planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2.5K keyfiyyətli 11 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edir.
Planşet Snapdragon 680 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 128 GB (microSD dəstəkli) daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda planşet 5 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Honor Pad X8a 8300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşet qutudan Android 14 vasitəsilə çalışır. Honor Pad X8a artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 154$ təşkil edir. Planşetin digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
