Logo
    main-post-cover

    Büdcəli Honor Play 70m Plus smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    01.09.2025
    Emil
         Honor şirkəti orta büdcəli Honor Play 70m Plus smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və 6500 mAh-dan daha böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Play 70m Plus smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1610x720 piksel keyfiyyətli 6.77 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 850 nit təşkil edir. Bundan əlavə olaraq smartfonun gövdəsi IP65 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir.
         Smartfon Snapdragon 6s Gen 3 prosessoru vasitəsilə çalışır və 12 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Honor Play 70m Plus özündə 50 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 45 vatt gücündə sürətli şarj texnologiyalı 7000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 70m Plus artıq Çində satışa çıxıb və onun qiyməti 224$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş