
Büdcəli Honor Play 9T smartfonu təqdim edilib - QİYMƏTİ
Cihazlar+
06.09.2024
Emil
Honor şirkəti özünün Honor Play smartfon seriyasının yeni büdcəli modelini təqdim edib. Şirkətin yeni büdcəli smartfonu Honor Play 9T adlanır. Bu yeni smartfon böyük ölçülü ekranı, Snapdragon prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Honor Play 9T smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1610x720 piksel keyfiyyətli 6.77 düym ölçülü LCD ekranla təchiz olunub. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir və özündə stereo səsgücləndiricilər ilə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir.

Honor Play 9T smartfonu Snapdragon 4 Gen 2 prosessoru vasitəsilə çalışır və 8/12 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə Honor Play 9T smartfonu 35 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Play 9T artıq Çində satışa çıxıb və onun qiyməti 140$-dan start götürür. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
