
Büdcəli Redmi 13C smartfonunun rəsmi posterləri təqdim edilib
Cihazlar+
06.11.2023
Emil
Xiaomi-nin Redmi brendi təqdimata hazırlaşan büdcəli Redmi 13C smartfonunun ilk reklam posterlərini təqdim edib. Reklam posterlərindən də görmək olar ki, smartfon olduqca qalın ekran ətrafı çərçivəni əldə edəcək. Çərçivənin ən qalın tərəfi isə smartfonun aşağı hissəsində yerləşəcək. Bununla yanaşı ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşəcək. Reklam posterlərinə əsasən Redmi 13C smartfonu 4 gövdə rəngində satışa çıxacaq. Qara, mavi, açıq yaşıl və mərmər. Texniki göstəricilər baxımından smartfonun 90 Hz-lik təsvir yenilənməsinə sahib ekran, MediaTek Helio G85 prosessoru və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı gözlənilir. Redmi 13C yaxın zamanda təqdim olunmalıdır.


Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
