main-post-cover

    Büdcəli Redmi 14C smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.08.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi qlobal bazarda büdcəli Redmi 14C smartfonunu təqdim edib. Bu smartfon keçən ilki Redmi 13C-nin davamçısıdır. Redmi 14C büdcəli smartfon olsa da,  özündə premium smartfon hissini yaradan dizaynı birləşdirir. Bununla yanaşı bu yeni smartfon böyük ölçülü ekranı və böyük həcmli batareyası ilə seçilir. Beləliklə Redmi 14C smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1640х720 piksel keyfiyyətli 6.88 düym ölçülü ekranla təchiz olunub.
         Smartfon özündə naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Smartfonun NFC çipə sahib olub-olmaması onun satışa çıxacağı regiondan asılı olacaq. Redmi 14C MediaTek Helio G81 prosessoru vasitəsilə çalışır və 4/6/8 GB RAM ilə 128/256 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP-lik əsas arxa kameraya və 13 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə smartfon 18 vatt gücündə sürətli şarj texnologiyalı 5150 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Redmi 14C yaxın günlərdə satışa çıxmalıdır. Onun qiyməti 120$-dan start götürəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    HyperOS 2.0-ı 100-dən çox Xiaomi cihazı əldə edəcək
    hyperos-20-i-100-den-cox-xiaomi-cihazi-elde-edecek
    Xiaomi 8 cihazının dəstəyini dayandırıb
    xiaomi-8-cihazinin-desteyini-dayandirib
    Təqdimata hazırlaşan Xiaomi Pad 7 və Pad 7 Pro planşetlərinin əsas texniki imkanları açıqlanıb
    teqdimata-hazirlasan-xiaomi-pad-7-ve-pad-7-pro-plansetlerinin-esas-texniki-imkanlari-aciqlanib
    Redmi Watch 5 Active smart saatı təqdim edilib - QİYMƏTİ
    redmi-watch-5-active-smart-saati-teqdim-edilib-qiymeti
    Xiaomi gələn il 5G dəstəkli yeni mobil prosessorunu təqdim edə bilər
    xiaomi-gelen-il-5g-destekli-yeni-mobil-prosessorunu-teqdim-ede-biler