
Büdcəli Redmi 14C smartfonu təqdimata hazırlaşır
Cihazlar+
25.07.2024
Emil
Xiaomi-nin Redmi brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, Redmi 14C-dən gedir. Belə ki, sözügedən smartfon IMEI məlumatlar bazasında 2409BRN2CL model nömrəsi ilə ortaya çıxıb. Bu isə smartfonun yaxın zamanda təqdim olunacağına işarə edir. HyperOS-in kodundan əldə edilmiş məlumata əsasən Redmi 14C smartfonu MediaTek Helio G81 prosessoru vasitəsilə çalışacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, Redmi 13C smartfonu MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır. Bununla belə Redmi 14C-nin performans səviyyəsi Redmi 13C-nin performans səviyyəsində olmalıdır. Onu da qeyd etmək lazımdır ki, Redmi 14C Çin ilə yanaşı qlobal bazarda da satılacaq.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
