
Büdcəli REDMI 15C-nin render fotosu ortaya çıxıb
Cihazlar+
09.07.2025
Emil
Xiaomi-nin REDMI brendi yeni büdcəli smartfonunu təqdim etməyə hazırlaşır. Söhbət, REDMI 15C-dən gedir. İndi isə sözügedən smartfonun keyfiyyətli render fotosu ortaya çıxıb. Ortaya çıxmış fotoda smartfonun arxa paneli, ön paneli və yan hissəsi əks olunub. Görmək olar ki, REDMI 15C smartfonu yastı gövdəni əldə edəcək. Onun ekranı üzərində damcı formalı çıxıntı yerləşəcək. Arxa paneldəki kamera sahəsi isə kvadrat formada olacaq və kamera sahəsinin daxilində 2 ədəd kamera yerləşəcək. Məlumata əsasən bu smartfon 5G əvəzinə 4G dəstəyini əldə edəcək. REDMI 15C artıq yaxın zamanda təqdim oluna bilər.

Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
