main-post-cover

    Büdcəli Redmi A3-ün növbəti render fotosu və satış qiymətləri təqdim edilib

    Cihazlar+
    08.02.2024
    Emil Nəcəfov
         91mobiles saytı təqdimata hazırlaşan büdcəli Redmi A3 smartfonunun növbəti render fotosunu təqdim edib və onun satış qiymətini açıqlayıb. Təqdim edilmiş növbəti render fotoda bu dəfə smartfonun ön paneli də əks olunub. Daha öncə ortaya çıxmış render fotolarda smartfonun yalnız arxa paneli sərgilənirdi. Beləliklə yeni render fotodan da görmək olar ki, Redmi A3 yastı ekranı əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində damcı formalı çıxıntı yerləşəcək. Məlumatda qeyd edilib ki, Redmi A3-ün standart versiyası 85$-a, bir üst versiyası isə 98$-a satılacaq. Son məlumat sızıntılarına əsasən sözügedən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.71 düym ekranla təchiz olunacaq və MediaTek prosessoru vasitəsilə çalışacaq. Bununla yanaşı Redmi A3 özündə 5000 mAh enerji tutumlu batareyanı birləşdirməli və Android 13 Go Edition əməliyyat sistemini əldə etməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi 14 smartfon seriyasının qlobal versiyasının təqdimatı anons edilib
    xiaomi-14-smartfon-seriyasinin-qlobal-versiyasinin-teqdimati-anons-edilib
    Xiaomi minimum iki yeni qatlana bilən smartfon üzərində çalışır
    xiaomi-minimum-iki-yeni-qatlana-bilen-smartfon-uzerinde-calisir
    Ofis işləri üçün Xiaomi Monitor A24i monitoru təqdim edilib
    ofis-isleri-ucun-xiaomi-monitor-a24i-monitoru-teqdim-edilib
    Büdcəli Redmi A3-ün real fotosu ortaya çıxıb
    budceli-redmi-a3-un-real-fotosu-ortaya-cixib
    Büdcəli Redmi A3-ün render fotosu və texniki imkanları ortaya çıxıblar
    budceli-redmi-a3-un-render-fotosu-ve-texniki-imkanlari-ortaya-cixiblar