Logo
    main-post-cover

    Büdcəli Redmi A3-ün render fotosu və texniki imkanları ortaya çıxıblar

    Cihazlar+
    05.02.2024
    Emil
         Hələ keçən ilin sonuna yaxın məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Redmi A3 adlı yeni büdcəli smartfonu üzərində çalışır. İndi isə sözügedən smartfonun render fotosu və texniki göstəriciləri ortaya çıxıblar. Ortaya çıxmış fotodan da görmək olar ki, Redmi A3 smartfonu arxa paneldən böyük ölçülü dairəvi kamera sahəsini əldə edəcək.
         Texniki göstəricilərə gəldikdə isə ortaya çıxmış məlumatlara əsasən smartfon 90 Hz-lik təsvir yenilənməsinə sahib 6.71 düym LCD ekranla təchiz olunacaq və ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit təşkil edəcək. Bununla yanaşı ekran Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunacaq. Smartfon MediaTek prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini, 13 MP-lik əsas arxa kameranı, 8 MP-lik ön kameranı və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Redmi A3-ün nə zaman təqdim olunacağı hələ bilinmir.
    Paylaş