
Büdcəli Redmi A3-ün təqdimatı rəsmi şəkildə anons olunub
Cihazlar+
08.02.2024
Emil
Xiaomi-nin Redmi brendi büdcəli Redmi A3-ün təqdimatını rəsmi şəkildə anons edib. Şirkətin təqdim etmiş olduğu rəsmi posterə əsasən smartfon 14 fevral tarixində Hindistanda təqdim olunacaq. Bununla yanaşı Redmi A3-ün bəzi özəllikləri də açıqlanıb. Beləliklə məlumata əsasən Redmi A3 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib ekranı, 6 GB RAM-ı (əlavə 6 GB virtual RAM) və 5000 mAh enerji tutumlu batareyanı əldə edəcək. Redmi A3-ün satış qiyməti 100$-dan aşağı olmalıdır.

Paylaş
Ən çox oxunanlar

Süni zəka əsaslı çat-botlar cinayətkarların alətlərinə çevrilirlər
