Büdcəli Redmi Band 3 smart qolbağının təqdimatı anons edilib
Xiaomi sabah Çində keçirəcəyi təqdimat tədbiri çərçivəsində Xiaomi 15 smartfonlarını, Xiaomi Pad 7 planşetlərini, Watch S4 smart saatını və Smart Band 9 Pro qolbağını təqdim edəcək. Lakin sabahkı tədbirdə Redmi brendi də seçiləcək. Belə ki, Xiaomi şirkəti rəsmi şəkildə elan edib ki, sabahkı tədbirdə büdcəli Redmi Band 3 smart qolbağı təqdim olunacaq. Şirkət paylaşmış olduğu poster vasitəsilə bu yeni smart qolbağın xarici görünüşünü sərgiləyib. Poster üzərində olan məlumata əsasən Redmi Band 3 qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib ekranla təchiz olunacaq. Bununla yanaşı posterdə qeyd edilib ki, smart qolbaq bir dəfə şarj olunandan sonra 18 gün ərzində çalışmağa imkan verəcək batareyaya sahib olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...