
Büdcəli Redmi Buds 6 Lite naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
02.09.2024
Emil
Xiaomi-nin Redmi brendi yeni büdcəli naqilsiz qulaqlığını təqdim edib. Söhbət, Redmi Buds 6 Lite-dan gedir. Bu yeni naqilsiz qulaqlığın əsas fərqləndirici özəlliyi ondadır ki, o özündə ətraf səs-küyün aktiv boğulması funksiyasını birləşdirir. Bu isə büdcəli naqilsiz qulaqlıqlarda çox nadir hallarda rast gəlinən bir özəllikdir. Beləliklə Redmi Buds 6 Lite qulaqlıqları vakuum konstruksiyasına sahibdirlər və onlar 12.4 mm-lik audio drayver ilə təchiz olunublar.
Qulaqlıqlarda olan ətraf səs-küyün aktiv boğulması funksiyası ətraf səs-küyü 40 dB-ə (desibel) kimi boğa bilir. Üstəlik bu funksiya telefon danışıqları zamanı da çalışır. Cihazlara qoşulma üçün isə Redmi Buds 6 Lite qulaqlığı Bluetooth 5.3-ü dəstəkləyir. Qulaqlıqlar bir dəfə şarj olunandan sonra 7 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə bu göstərici 38 saat təşkil edir. Redmi Buds 6 Lite artıq Avropa bazarında satışa çıxıb və onun qiyməti 20 avro təşkil edir.

Paylaş
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
