
Büdcəli REDMI G24 240 Hz Edition gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
26.05.2025
Emil
Xiaomi-nin REDMI brendi özünün REDMI G24 gaming monitorunun yeni versiyasını təqdim edib. Monitorun yeni versiyası daha yüksək göstəricidə təsvir yenilənməsi ilə seçilir. Monitor REDMI G24 240 Hz Edition adlanır. Beləliklə yenilənmiş REDMI G24 monitoru 240 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym ölçülü IPS ekranla təchiz olunub. Qeyd etmək lazımdır ki, daha əvvəlki REDMI G24 modeli 180 Hz-lik təsvir yenilənməsinə sahibdir. Yeni monitorun ekranının maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun isə 94%-ni əhatə edir. Monitor özündə NVIDIA G-Sync и AMD FreeSync texnologiyalarının dəstəklərini birləşdirir. Monitor HDMI, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. REDMI G24 240 Hz Edition artıq Çində satışa çıxıb və onun qiyməti 97$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

NASA və Pentaqon SpaceX-in əvəzləyicisini axtarmağa başlayıblar
