Logo
    main-post-cover

    Büdcəli Redmi G24 IPS gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    20.05.2024
    Emil
         Xiaomi-nin Redmi brendi öz yeni büdcəli gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni büdcəli gaming monitor Redmi G24 IPS adlanır. Beləliklə Redmi-nin bu yeni monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 23.8 düym IPS ekranla təchiz olunub. Ekran HDR10 dəstəyinə sahibdir və onun, istifadəçinin əməliyyatlarına reaksiya müddəti 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Üstəlik monitorun ekranı zərərli göy işığa aşağı səviyyədə sahib olmasına dair TUV Rheinland sertifikatını özündə birləşdirir. Monitor NVIDIA G-SyncAMD FreeSync texnologiyalarını dəstəkləyir. Redmi G24 IPS HDMI 2.0 DisplayPort 1.4 girişlərini əldə edib. Sözügedən monitoru artıq Çin bazarında 81$-a ön sifariş etmək olar. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş