main-post-cover

    Büdcəli Redmi Pad SE 4G planşeti təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.07.2024
    Emil Nəcəfov
         Xiaomi-nin Redmi brendi öz yeni büdcəli planşetini təqdim edib. Söhbət, Redmi Pad SE 4G-dən gedir. Beləliklə Redmi-nin bu yeni büdcəli planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib HD keyfiyyətli 8.7 düym ölçülü LCD ekranla təchiz olunub. Planşet özündə Dolby Atmos dəstəkli stereo səsgücləndiriciləri və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Redmi Pad SE 4G planşeti MediaTek Helio G85 prosessoru vasitəsilə çalışır və 4 GB RAM ilə 64/128 GB (2 TB-a kimi SD kart dəstəkli) daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda planşet 8 MP-lik arxa kameraya və 5 MP-lik ön kameraya sahibdir. Batareyaya gəldikdə isə planşet 10 vatt gücündə sürətli şarj texnologiyalı 6650 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Planşetin qalınlığı 8.8 mm, çəkisi isə 370 qramm təşkil edir. O, qutudan HyperOS interfeysli Android 14 vasitəsilə çalışır. Redmi Pad SE 4G-nin satışlarına gələn ay start veriləcək. Planşetin 64 GB daxili yaddaş həcminə sahib versiyası 119$-a, 128 GB daxili yaddaş həcminə sahib versiyası isə 131$-a satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Xiaomi daha 11 smartfonunun dəstəyini rəsmi şəkildə dayandırıb
    xiaomi-daha-11-smartfonunun-desteyini-resmi-sekilde-dayandirib
    İnsayderlər Xiaomi 15 Ultra barəsində yeni məlumatlar veriblər
    insayderler-xiaomi-15-ultra-baresinde-yeni-melumatlar-veribler
    Redmi Note 14 Pro+ smartfonunun bəzi texniki özəllikləri açıqlanıb
    redmi-note-14-pro-smartfonunun-bezi-texniki-ozellikleri-aciqlanib
    Xiaomi MIX Fold 4 və MIX Flip-in təmir qiymətləri açıqlanıb
    xiaomi-mix-fold-4-ve-mix-flip-in-temir-qiymetleri-aciqlanib
    Xiaomi MIX Fold 4--ün qlobal versiyası ortaya çıxıb
    xiaomi-mix-fold-4-un-qlobal-versiyasi-ortaya-cixib