Logo
    main-post-cover

    Büdcəli Redmi Watch 5 Lite smart saatı təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    25.09.2024
    Emil
         Xiaomi-nin Redmi brendi yeni büdcəli smart saatını təqdim edib. Söhbət, Redmi Watch 5 Lite-dan gedir. Beləliklə Redmi Watch 5 Lite smart saatı kvadrat formalı gövdəni əldə edib və 502x410 piksel keyfiyyətli 1.96 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o özündə 200-dən çox siferblatı birləşdirir. Redmi-nin bu yeni smart saatı 150-dən çox idman rejimini dəstəkləyir və ürək döyüntüləri tezlikləri ilə qandakı oksigen miqdarını ölçür.
         Üstəlik smart saat stress səviyyəsini də monitorinq edə bilir. Redmi Watch 5 Lite smart saatının gövdəsi 5ATM standartı üzrə sudan qorunur və özündə Bluetooth 5.3-ü birləşdirir. Smart saat Bluetooth üzərindən telefon zəngləri funksiyasını dəstəkləyir. Smart saat 470 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Məlumata əsasən o, bir dəfə şarj olunandan sonra adi rejimdə 18 gün ərzində çalışa bilir. Smart saat HyperOS vasitəsilə çalışır. Redmi Watch 5 Lite artıq Hindistanda satışa çıxıb və onun qiyməti 47$ təşkil edir. Smart saatın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş