Casetify Pokémon aksesuar kolleksiyasını 1 dekabrda satışa çıxaracaq
“Casetify” “Pokémon”un 30 illiyinə həsr etdiyi aksesuar kolleksiyasını 1 dekabr 2026-cı ildə satışa çıxaracaq. Satış Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Kolleksiyanın əsas məhsulu “Poké Ball” formasında “AirPods” qabıdır. Şirkət əvvəlki əməkdaşlıqda satışa çıxardığı bu qabı yeni telefon qabları və asqılarla birlikdə yenidən satışa çıxarır.
Kürə formasındakı qulaqlıq qabının üzərindəki xırda kvadratlar köhnə “Pokémon” oyunlarının görüntüsünü xatırladır. Qabı açanda içindəki “AirPods” qulaqlıqları görünür. Əvvəlki kolleksiyada bu model tükənmişdi. Sonradan onu internetdə ilkin qiymətindən xeyli baha satırdılar. Bu dəfə kolleksiyada daha sadə görünüşlü qulaqlıq və telefon qabları da var.
“iPhone 17 Pro” üçün hazırlanan “Pokémon Adventure Shake Shake Case” qabının arxasında maye ilə dolu bölmə var. Telefonu tərpədəndə pikselli “Pokémon” fiqurları və “Poké Ball” topları mayenin içində hərəkət edir. Kolleksiyaya işıqlanan “Pikachu Flashy Charm” asqısı və müxtəlif “Pokémon” fiqurları ilə bəzədilmiş bilək qayışı da daxildir.
“Casetify” kolleksiyanın ABŞ-dəki qiymətlərini hələ açıqlamayıb. Şirkətin “Star Wars” kolleksiyasındakı “Darth Vader” başı formasında qulaqlıq qabı 138 dollara (təxminən 230 manat) satışa çıxmışdı. Həmin qab indi 98 dollara (təxminən 170 manat) satılır. “Evangelion Unit-01” adlı “AirPods” qabının şirkətin saytındakı qiyməti 110 dollardır (təxminən 190 manat).
Kolleksiya şirkətin saytında, “Casetify Co-Lab” tətbiqində və dünya üzrə 80 “Casetify Studio” mağazasında satılacaq. Londonda bəzi məhsulları Oksford küçəsindəki “Selfridges” mağazasının “Casetify” bölməsindən də almaq olar. Satış başlayanda xəbər almaq istəyənlər indidən gözləmə siyahısına yazıla bilərlər.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...