Logo
    main-post-cover

    Firefox yeni tab səhifəsini təqdim etdi

    Cihazlar+
    19.06.2026
    Sevinj
        Mozilla Firefox brauzerində yeni ana səhifə vidcetlərini istifadəyə verməyə başlayıb. Yeniliklər arasında idman nəticələri, saat qurşaqları, fokus taymeri və görüləcək işlər siyahısı yer alır. Yeni funksiyalar istifadəçilərin məhsuldarlığını artırmağa yönəlib. Xüsusilə fokus taymeri Pomodoro metoduna əsaslanır və standart olaraq 25 dəqiqəlik iş, 5 dəqiqəlik fasilə rejimi ilə işləyir. İstifadəçilər bu müddətləri öz ehtiyaclarına uyğun dəyişə, həmçinin taymer bitdikdə bildiriş ala bilərlər.
    firefox-home-page-widgets-zoom
        Checklist vidceti isə görüləcək işləri birbaşa yeni tab səhifəsində qeyd etməyə imkan verir. Bununla yanaşı, istifadəçilər idman nəticələrini və müxtəlif ölkələrin saat qurşaqlarını da Firefox-un ana səhifəsindən izləyə biləcəklər. Bu yeniliklər Firefox 151 və yeni yayımlanan Firefox 152 versiyaları arasında mərhələli şəkildə istifadəyə verilir. Şirkət yaxın aylarda brauzerin dizaynını yeniləyəcək Project Nova layihəsi də daxil olmaqla digər dəyişikliklər üzərində işlədiyini açıqlayıb.
    Paylaş