main-post-cover

    Galaxy Note 20+ smartfonu hansı kameralara sahib olacaq?

    Cihazlar+
    04.06.2020
    Emil Nəcəfov
        Ice Universe ləqəbli çinli insayder Galaxy Note 20+ smartfon modelinin kameraları barəsində məlumat verib. Bu barədə Gagadget saytı xəbər verib. Beləliklə insayderin verdiyi məlumata əsasən Galaxy Note 20+ smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq və onlardan ən əsası 108 MP-lik olacaq. İkinci kamera sensoru 13 MP-lik periskop kamerası olacaq. Söhbət, ISOCELL Slim 3M5 1/3 kamera sensorundan gedir. Məlumatda qeyd edilib ki, o, 50 qat rəqəmsal zoom dəstəyini, WDR (Wide Dynamic Range) və PDAF texnologiyalarını əldə edəcək.
        Bu kamera sensoru saniyədə 120 fps sürətlə videolar da çəkə biləcək. Üçüncü kamera sensoru isə 12 MP-lik genişbucaqlı kamera olacaq. Söhbət, ISOCELL Fast 2L3-dən gedir. Üçüncü kamera sensoru Dual Pixel texnologiyasını əldə edəcək və RAW10 ilə RAW8 formatında fotolar çəkə biləcək. Bütün bunlardan əlavə olaraq Galaxy Note 20+ smartfonu həm də lazer avtofokusuna sahib olacaq. Qeyd etmək lazımdır ki, Samsung şirkəti Galaxy Note 20 smartfon seriyasını avqust ayında təqdim etməlidir.
    Linki kopyala