Galaxy S26 smartfonlarının hamısında Qualcomm prosessoru istifadə ediləcək
Ice Universe ləqəbli məşhur insayder dünən məlumat verdi ki, Samsung şirkəti gələn ilin əvvəlində təqdim edəcəyi Galaxy S25 smartfonlarının hamısında Snapdragon 8 Elite prosessorundan istifadə edəcək. İndi isə insayder xəbər verib ki, şirkət bu tendensiyanı 2026-cı ildə də davam etdirəcək. Yəni 2026-cı ildə təqdim ediləcək Galaxy S26 smartfonlarının hamısı Snapdragon prosessorunu əldə edəcək. Lakin bununla belə Samsung özünün Exynos prosessorlarından imtina etmir. Məlumata əsasən şirkət hal-hazırda Ulysses kod adına sahib yeni nəsil Exynos prosessorları üzərində çalışır və onları 2027-ci ildə təqdim olunacaq Galaxy S smartfonlarında təqdim etməyi planlaşdırır. Gözləntilərə əsasən hazırlanan yeni nəsil Exynos prosessorları 2 nanometrlik texnoloji proses əsasında istehsal ediləcəklər.
samsung galaxy s26
samsung
samsung galaxy s26 plus
galaxy s26 plus
galaxy s26
samsung galaxy s26 ultra
galaxy s26 ultra
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...