Gələn ilki iPhone 15 Pro smartfonları fiziki düymələrdən məhrum ola bilərlər

Gələn ilki iPhone 15 Pro smartfonları fiziki düymələrdən məhrum ola bilərlər

Mobil Cihazlar
31.10.2022 PAYLAŞIM

    Məşhur analitik Ming Chi-Kuo-nun fikrincə Apple şirkəti gələn ilki iPhone 15 Pro smartfonlarında fiziki düymələri sensorlu və vibrasiyalı düymələr ilə əvəzləyəcək. Söhbət, yandırıb/söndürmə və səsin tənzimlənməsi düymələrindən gedir. Analitik qeyd edib ki, konstruksiya baxımından həmin düymələr iPhone 7, iPhone 8 seriyasında və son iPhone SE modellərində istifadə edilmiş Home düyməsinə bənzəyəcək. Qeyd etmək lazımdır ki, sözügedən smartfonlarda istifadə edilmiş Home düyməsi Taptic Engine texnologiyası ilə təchiz olunub və həmin texnologiya düyməyə klikləməni imitasiya edərək vibrasiya şəklində istifadəçiyə geri dönüş edir.

    iPhone 15 Pro smartfonlarında istifadə edilə biləcək sensorlu düymələr Mac kompüterlərində istifadə edilən sensorlu idarəetmə sahəsinə (trackpad) də bənzəyə bilər. Bunun üçün müasir iPhone modellərində istifadə edilən Taptic Engine modullarından sayca daha artığı lazım olacaq. Əlavə modullar smartfonların daxilində yuxarı sağ və sol hissələrdə yerləşə bilərlər. Bəzi məlumatlara əsasən Apple buna bənzər bir şeyi artıq öz smart saatlarında reallaşdırmağı planlaşdırırdı. Bu barədə məlumatlar hələ 2018-ci ildə ortaya çıxmışdı. Lakin nəticədə bu cür smart saatlar təqdim olunmadı.


    `Sözügedən gövdə konstruksiyasının iPhone 15 Pro modellərinə hansı üstünlükləri verə biləcəyi bilinmir. Lakin məlum olan odur ki, əlavə Taptic Engine modulları smartfonların konstruksiyalarını qəlizləşdirə bilər. Ming Chi-Kuo-nun sözlərinə əsasən sensorlu düymələrə və USB Type-C girişinə keçid növbəti iPhone Pro modellərində reallaşdırılacaq iki əsas yenilik olacaq. Kuo-nun proqnozları çox zaman reallaşsa da, iPhone 15 seriyasının təqdimatına hələ 1 il vaxt var və bu müddət ərzində çox şey dəyişə bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...

×