Google-ın ilk əşya izləyicisi Pixel Tag Avropada satışa çıxa bilər
“Google” şirkətinin ilk izləmə cihazı olan “Pixel Tag” yaxın zamanda Avropada satışa çıxa bilər. Sızan məlumatda dəqiq tarix göstərilmir, yalnız satışın tezliklə başlayacağı deyilir. Cihaz ilk dəfə göstəriləndə dünyanın əksər böyük bazarlarına çıxarılsa da, Avropa İttifaqı ölkələri siyahıya daxil edilməmişdi.
“Pixel Tag” ilin əvvəlində “Pixel 11” ilə birlikdə təqdim olunub. Kiçik cihazı müxtəlif əşyalara taxmaq və onların yerini “Android Find Hub” şəbəkəsi ilə tapmaq olur. Bazarda eyni şəbəkədə işləyən onlarla alternativ var, amma bu, “Google”ın hazırladığı ilk belə cihazdır. Model şirkətin digər həlləri ilə uyğun işləməsi ilə də fərqlənir.
İlk satış mərhələsi üçün 8 ölkə açıqlanmışdı. Bunların arasında ABŞ, Kanada, Avstraliya, Hindistan, Yaponiya və Böyük Britaniya var idi. Avropa İttifaqı ölkələri həmin mərhələdə siyahıdan kənarda qalmışdı. Hazırda “Pixel Tag” demək olar ki, bütün digər regionlarda internet üzərindən satılır.
Avropada satışın başlaması cihazın bu regionda işləyib-işləməyəcəyinə də aydınlıq gətirə bilər. “Pixel Tag” müxtəlif ölkələrdəki “Android” cihazlarının qoşulduğu “Find Hub” şəbəkəsi ilə işləmək üçün hazırlanıb. Ancaq şəbəkənin Avropada cihazı dəstəkləyəcəyi hələ qəti təsdiqlənməyib. Rəsmi satış başlayarsa, yerli şəbəkə dəstəyi ilə bağlı sual da cavabını tapacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar