
Google Pixel 9-un render fotoları təqdim edilib
Cihazlar+
25.01.2024
Emil
Dünən Google Pixel 9 Pro smartfonunun render fotoları təqdim edildi. İndi isə OnLeaks ləqəbli məşhur insayder Mysmartprice saytı ilə birlikdə adi Google Pixel 9 smartfonunun render fotolarını təqdim edib. Təqdim olunmuş render fotolardan görmək olar ki, Pixel 9 modeli xarici görünüşcə Pixel 9 Pro-ya bənzəyəcək. Pixel 9 Pro kimi adi Pixel 9 da yastı ekrana sahib olacaq. İnsayderin sözlərinə əsasən şirkət bu dəfə adi Pixel 9 modelinə 3 ədəd arxa kamera obyektivini yerləşdirəcək və onlardan biri periskop kamera obyektivi olacaq. Məlumatda qeyd edilib ki, Pixel 9 modelinin ekran ölçüsü 6.1 düym təşkil edəcək. Smartfon barəsində digər bir məlumat verilməyib. Google Pixel 9 smartfon seriyasının payız fəslində təqdim olunacağı gözlənilir.



Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
