
Google Pixel Watch 3 XL smart saatının ilk render fotoları təqdim edilib
Cihazlar+
12.06.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder dünən Google Pixel Watch 3 smart saatının ilk render fotolarını təqdim etmişdi. İndi isə o, sözügedən smart saatın bir qədər böyük ölçüyə sahib versiyasının render fotolarını təqdim edib. Söhbət, Pixel Watch 3 XL-dən gedir. İnsayder bildirib ki, adi Pixel Watch 3-ün 1.2 düym ölçülü ekranı əldə edəcəyi halda Pixel Watch 3 XL modeli 1.45 düym ölçülü ekranı əldə edəcək. Bununla yanaşı XL modelinin gövdəsi də olduqca qalın olacaq. Məlumata əsasən söhbət, 13.89 mm-lik qalınlıqdan gedir. Böyük ehtimal ilə bu, smart saatın böyük həcmli batareyaya sahib olması ilə bağlıdır. Pixel Watch 3 XL və Pixel Watch 3-ün payız fəslində Pixel 9 smartfon seriyası ilə birgə təqdim olunmalıdır.


Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Qatlana bilən Google Pixel Fold 2-nin yeni render fotoları ortaya çıxıblar
Smartfonlar üçün nəzərdə tutulmuş müxtəlif aksesuarların istehsalı ilə məşğul olan Thinborne adlı brendin qoruyucu keyslərindən birinin fotoları ortaya çıxıb.

Cihazlar+
Google Pixel Watch 3 smart saatının ilk render fotoları təqdim edilib
Google şirkəti bu ilin ikinci yarısında Pixel 9 smartfonları ilə yanaşı üstəlik Pixel Watch 3 smart saatını da təqdim etməlidir. İndi isə OnLeaks ləqəbli məşhur insayder 91mobiles saytı ilə birlikdə Pixel Watch 3-ün ilk render fotolarını təqdim edib.

Digər
Google-a qarşı 13.6 milyard funt sterlinq dəyərində məhkəmə iddiası qaldırılıb!
Google, rəqabətə zidd reklam təcrübələrinə görə, 13.6 milyard funt-sterlinq dəyərində böyük məhkəmə iddiası ilə üzləşir.

Digər
Google, Keniyadan Avstraliyaya fiber optik kabel çəkməyi planlaşdırır!
Google, cümə axşamı Afrika və Avstraliyanı birləşdirəcək fiber optik kabel çəkəcəyini elan edib.

Süni İntellekt
Google-a görə, "pendiri pizzaya yapışdırmaq" üçün yapışqandan istifadə edə bilərsiniz!
Google, bir müddət əvvəl yeni axtarış funksiyası olan AI Overviews-u təqdim etmişdi. İndi isə Google-un yeni süni intellekt dəstəkli axtarış funksiyasına əsasən, pendiri pizzaya yapışdırmaq üçün yapışqandan istifadə edə bilərsiniz.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
