Hələ təqdim olunmamış Xiaomi 13 Pro-nun bəzi texniki özəllikləri barəsində məlumat verilib

Hələ təqdim olunmamış Xiaomi 13 Pro-nun bəzi texniki özəllikləri barəsində məlumat verilib

Mobil Cihazlar
31.10.2022 PAYLAŞIM

    Nüfuzlu insayderlərdən biri Xiaomi-nin yeni flaqman smartfonu olacaq Xiaomi 13 Pro-nun texniki özəllikləri barəsində məlumat verib. Məlumatda qeyd edilib ki, Xiaomi 13 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessorunu əldə edəcək ilk smartfonlardan biri olacaq. Qeyd etmək lazımdır ki, Snapdragon 8 Gen 2-nin təqdimatı bu ay baş tutacaq. Xiaomi 13 Pro modelinə gəldikdə isə o, Xiaomi 12 Pro kimi üçlü arxa kamera ilə təchiz olunacaq. Bununla belə yeni flaqman smartfonda hər bir arxa kamera obyektivi 50 MP-lik olacaq.

    Smartfon özündə genişbucaqlı obyektivi, ultragenişbucaqlı obyektivi və teleobyektivi birləşdirəcək. Smartfon 32 MP-lik ön kamera ilə təchiz olunacaq. Digər texniki özəlliklər baxımından Xiaomi 13 Pro modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym LTPO E6 AMOLED ekran və 120 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Bununla yanaşı barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya ediləcək. Smartfonun MIUI 14 interfeysli Android 13 vasitəsilə çalışacağı gözlənilir. Xiaomi 13 seriyasının nə zaman təqdim olunacağı dəqiq bilinmir. Təqdimatın gələn ay baş tutacağı heç istisna deyil.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Coca-Cola-nın ilk smartfonu ColaPhone-nun fotosu təqdim edilib

Verilmiş məlumata əsasən Coca-Cola şirkəti öz smartfonunu təqdim etməyə hazırlaşır.


Galaxy S23 Ultra yeni unikal gecə çəkilişi rejiminə sahib olacaq (VİDEO)

1 fevral tarixində Samsung şirkəti Galaxy Unpacked 2023 tədbirini keçirdəcək və həmin tədbir çərçivə..


Huawei P60 Pro-nun texniki özəllikləri və arxa kamera dizaynı təqdim edilib..

Çinin Weibo sosial şəbəkəsində Huawei P60 Pro flaqman smartfon modelinin texniki özəllikləri barəsin..


Android smartfonlarla müqayisədə iPhone-ların yığılmasında 12 dəfə daha çox zavo..

Foxconn zavodlarında iPhone-lardan əlavə olaraq Android smartfonlar da istehsal edilir.


Bütün Samsung Galaxy S23 smartfonlarının texniki özəllikləri məlum olub

1 fevral tarixində Samsung şirkəti yeni Galaxy S23 smartfon seriyasını təqdim edəcək.


OnePlus Nord CE 3 smartfonunun real fotoları təqdim edilib

Mysmartprice saytı hələ təqdim edilməmiş OnePlus Nord CE 3 smartfonunun real fotolarını təqdim edib...

×