Hisense 27G5K Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
29.10.2024
Emil
Hisense şirkəti yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Hisense 27G5K Pro adlanır. Beləliklə bu yeni monitor 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun 98%-ni, DCI-P3 rəng diapazonunun isə 97%-ni əhatə edir. Monitor AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir. Monitor HDMI 2.0 və DisplayPort 1.4 girişlərini əldə edib. Hisense 27G5K Pro artıq Çində satışa çıxıb və onun qiyməti 154$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Bənzər xəbərlər
Cihazlar+
Hisense 34G6K Pro gaming monitoru təqdim edilib - QİYMƏTİ
Hisense şirkəti dünən mini-LED texnologiyalı ekrana sahib gaming monitorunu təqdim etdi. İndi isə şirkət daha bir yeni gaming monitorunu təqdim edib.
Cihazlar+
Hisense 27G7K-PRO gaming monitoru təqdim edilib - QİYMƏTİ
Televizor istehsalçısı Hisense şirkəti mini-LED texnologiyalı ekrana sahib ən münasib qiymətli gaming monitorunu təqdim edib.
Ən çox oxunanlar