Logo
    main-post-cover

    Honor 100 GT smartfonu hazırlanır

    Cihazlar+
    29.11.2024
    Emil
         Verilmiş yeni məlumata əsasən Honor şirkəti Honor 90 GT smartfonunun davamçısı üzərində çalışır. Söhbət, Honor 100 GT-dən gedir. Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, hazırlanan Honor 100 GT smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Gözləntilərə əsasən smartfon yüksək sıxlıqlı silisium batareyanı əldə edəcək. Bu isə öz növbəsində smartfonu 5000 mAh-dan daha böyük həcmli batareya ilə təmin etməyə imkan verəcək.
         Müqayisə üçün qeyd etmək lazımdır ki, Honor 90 GT smartfonu məhz 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Məlumatda qeyd edilib ki, Honor 100 GT 1.5K keyfiyyətli yastı LTPS ekranla təchiz olunacaq və özündə 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Barmaq izi skanı texnologiyasının birbaşa ekrana inteqrasiya ediləcəyi gözlənilir. Çox güman ki, Honor 100 GT gələn ilin əvvəlində təqdim olunacaq.
    Paylaş