
Honor 100 Pro-nun yeni real fotoları ortaya çıxıb
Cihazlar+
17.11.2023
Emil
Honor şirkətinin təqdimata hazırlaşan Honor 100 smartfon seriyasına daxil olacaq Honor 100 Pro-nun yeni fotoları təqdim edilib. Təqdim edilmiş fotolar sözügedən smartfon barəsində daha öncəki məlumat sızıntılarını təsdiqləyirlər. Belə ki, smartfon müxtəlif gövdə rənglərinə, kənarları əyilmiş dizaynda reallaşdırılmış ekrana və maraqlı arxa kamera dizaynına sahib olacaq.

Honor 100 Pro modeli iki versiyada təqdim olunacaq.Birinci versiyanın arxa paneli şüşə material, ikinci versiyanın arxa paneli isə dəri material ilə əhatə olunacaq. Texniki özəlliklərə gəldikdə isə smartfon 1.5K keyfiyyətli OLED ekranla təchiz olunmalıdır. Smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Qeyd etmək lazımdır ki, Honor 100 smartfon seriyası 23 noyabr tarixində təqdim olunacaq.


Paylaş
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
