main-post-cover

    Honor 100 və Honor 100 Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    24.11.2023
    Emil Nəcəfov
         Honor şirkəti Honor 100 smartfon seriyasını təqdim edib. Bu seriyaya Honor 100 və Honor 100 Pro modelləri daxil olublar. Təqdim edilmiş bu smartfonlar həm texniki həm də dizayn baxımından bir-birilərindən fərqlənirlər. Beləliklə ilk öncə Honor 100 modelindən başlayaq. Sözügedən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 2664x1200 piksel keyfiyyətli 6.7 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün kiçik dairəvi çıxıntı yerləşdirilib. Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir.
         Əsas texniki göstəricilər baxımından Honor 100 smartfonu Snapdragon 7 Gen 3 prosessoru, 12/16 GB RAM, 256/512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.95 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, avtofokus, 112 dərəcə bucaq əhatəsi) ikili arxa kamera, 50 MP-lik ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor 100 Pro-ya gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700x1224 piksel keyfiyyətli 6.78 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 2600 nit təşkil edir və onun yuxarı mərkəz hissəsində oval formalı çıxıntı yerləşdirilib. Smartfon özündə stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipi birləşdirir.
         Əsas texniki göstəricilər baxımından Honor 100 Pro smartfonu Snapdragon 8 Gen 2 prosessoru, 12/16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP (f/1.95 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, avtofokus, 112 dərəcə bucaq əhatəsi) + 50 MP (f/2.4 diafraqma, optik stabilizasiya) üçlü arxa kamera, 50 MP-lik ön kamera və 100 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı Honor 100 Pro 66 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Honor 100 ilə Honor 100 Pro artıq Çində satışa çıxıblar. Honor 100-ün qiyməti 353$-dan, Honor 100 Pro-nun qiyməti isə 480$-dan start götürür. Onların qlobal bazarda satılıb-satılmayacaqları isə hələ bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    İnsayderlər Honor 90 GT-nin nə zaman təqdim olunacağını açıqlayıblar
    insayderler-honor-90-gt-nin-ne-zaman-teqdim-olunacagini-aciqlayiblar
    Honor 100 Pro-nun yeni real fotoları ortaya çıxıb
    honor-100-pro-nun-yeni-real-fotolari-ortaya-cixib
    Honor Magic 6 modellərindən biri əsl foto flaqman ola bilər
    honor-magic-6-modellerinden-biri-esl-foto-flaqman-ola-biler
    Honor 100 və Honor 100 Pro smartfonlarının render fotoları təqdim edilib
    honor-100-ve-honor-100-pro-smartfonlarinin-render-fotolari-teqdim-edilib
    Honor 100 smartfon seriyasının təqdimatı anons edilib
    honor-100-smartfon-seriyasinin-teqdimati-anons-edilib