Logo
    main-post-cover

    Honor 200 Lite smartfonunun xarici görünüşü sərgilənib və təqdimat tarixi açıqlanıb

    Cihazlar+
    22.04.2024
    Farid
         Honor şirkəti bu il Honor 200 smartfon seriyasını təqdim edəcək. Lakin bu seriyaya daxil olacaq Honor 200 Lite modeli digərlərindən daha tez təqdim ediləcək. Belə ki, ortaya çıxmış rəsmi məlumata əsasən Honor 200 Lite modeli artıq 25 aprel tarixində təqdim ediləcək. Sözügedən smartfon Honor-un Fransa və Almaniya üzrə saytlarında ortaya çıxıb. Bununla da smartfonun xarici görünüşü sərgilənib. Beləliklə Honor 200 Lite smartfonu yastı gövdəyə və ekrana sahib olacaq.
         Ekranın yuxarı mərkəz hissəsində isə oval formalı çıxıntı yerləşəcək. Oval formalı çıxıntı hissə smartfonun ikili ön kameraya sahib olacağından xəbər verir. Smartfonun arxa panelində isə düzbucaq formalı kamera sahəsi yerləşəcək. Fotolara əsasən arxa kamera sahəsinin daxilində 3 ədəd obyektiv və LED işıqlandırma mövcud olacaq. Smartfonun əsas arxa kamerası 108 MP-lik olacaq. Məlumatda həmçinin qeyd edilib ki, Honor 200 Lite smartfonunun çəkisi 166 qramm, qalınlığı isə 6.78 mm təşkil edir. 
    Paylaş