main-post-cover

    Honor 200 və Honor 200 Pro təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    31.05.2024
    Emil Nəcəfov
         Honor şirkəti Honor 200 Honor 200 Pro subflaqman smartfonlarını təqdim edib. Təqdim edilmiş bu smartfonlar xarici görünüşcə demək olar eynidirlər. Əsas fərq ondan ibarətdir ki, adi Honor 200 modeli yastı ekranı, Honor 200 Pro modeli isə kənarları əyilmiş dizaynda hazırlanmış ekranı əldə edib. Bununla yanaşı adi Honor 200-ün ekranı üzərində dairəvi çıxıntı hissə, Honor 200 Pro-nun ekranı üzərində isə oval formalı çıxıntı hissə yerləşir. Beləliklə Honor 200 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 2664х1200 piksel keyfiyyətli 6.7 OLED ekranı əldə edib. Ekranın maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir.
         Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Honor 200 smartfonu Snapdragon 7 Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda smartfon 50 MP (f/1.95 diafraqma, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi, avtofokus) + 50 MP (f/2.4 diafraqma, 50 qat rəqəmsal zoom, optik stabilizasiya) üçlü arxa kamera və 50 MP-lik ön kamera ilə təchiz olunub. Batareyaya gəldikdə isə smartfon 100 vatt gücündə sürətli şarj texnologiyalı 5200 mAh enerji tutumlu batareyaya sahibdir.
         Honor 200 Pro modelinə gəldikdə isə o, 120 Hz-lik təsvir yenilənməsinə sahib 2700х1224 piksel keyfiyyətli 6.78 OLED ekranı əldə edib. Ekranın maksimal parlaqlıq səviyyəsi 4000 nit təşkil edir. Barmaq izi skanı texnologiyası birbaşa ekrana inteqrasiya edilib. Smartfon özündə stereo səsgücləndiricilər ilə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Üstəlik Honor 200 Pro-nun gövdəsi IP55 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Honor 200 Pro smartfonu Snapdragon 8s Gen 3 prosessoru vasitəsilə çalışır və 12/16 GB RAM ilə 256/512 GB/1 TB daxili yaddaş həcmini əldə edib.
         Kameralar mövzusunda smartfon 50 MP (f/1.9 diafraqma, avtofokus, optik stabilizasiya) + 12 MP (f/2.2 diafraqma, 112 dərəcə bucaq əhatəsi, avtofokus) + 50 MP (f/2.4 diafraqma, 50 qat rəqəmsal zoom, 2.5 qat optik zoom, optik stabilizasiya) üçlü arxa kamera və 50 MP + 3D ikili ön kamera ilə təchiz olunub. Batareya həcmi və sürətli şarj texnologiyasının gücü adi Honor 200 modelindəki kimidir. Lakin Honor 200 Pro üstəlik 66 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Hər iki smartfon qutudan Android 14 vasitəsilə çalışır. Bu smartfonlar artıq Çində satışa çıxıblar. Onlar qlobal bazarda 12 iyun tarixində təqdim olunmalıdırlar. Smartfonların Çindəki satış qiymətləri isə aşağıdakı kimidir.
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 200 - 372$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 200 - 414$
    - 16 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 200 - 414$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 200 - 441$
    - 12 GB RAM-a və 256 GB yaddaşa sahib Honor 200 Pro - 483$
    - 12 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 200 Pro - 524$
    - 16 GB RAM-a və 512 GB yaddaşa sahib Honor 200 Pro - 552$
    - 16 GB RAM-a və 1 TB yaddaşa sahib Honor 200 Pro - 621$.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor markası uyğun qiymətli Earbuds A qulaqlığını təqdim edib! - QİYMƏTİ
    honor-markasi-uygun-qiymetli-earbuds-a-qulaqligini-teqdim-edib-qiymeti
    Honor şirkəti Honor X60 smartfon seriyası üzərində çalışır
    honor-sirketi-honor-x50-smartfon-seriyasi-uzerinde-calisir
    Honor 200 smartfonlarının texniki imkanları ətraflı şəkildə ortaya çıxıblar
    honor-200-smartfonlarinin-texniki-imkanlari-etrafli-sekilde-ortaya-cixiblar
    Honor 200 və Honor 200 Pro smartfonlarının qlobal bazarda təqdimatları anons edilib
    honor-200-ve-honor-200-pro-smartfonlarinin-qlobal-bazarda-teqdimatlari-anons-edilib
    Qatlana bilən qapaqlı Honor Magic V Flip-in render fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-v-flip-in-render-fotosu-teqdim-edilib