Logo
    Honor 300 Pro+ smartfonunun bəzi texniki imkanları ortaya çıxıb

    Honor 300 Pro+ smartfonunun bəzi texniki imkanları ortaya çıxıb

    Cihazlar+
    15.11.2024
         Artıq məlumdur ki, Honor şirkəti Honor 300 smartfonları üzərində çalışır. Son məlumat sızıntılarına əsasən bu seriyaya 4 model daxil olacaq və onlardan biri də Honor 300 Pro+ olacaq. İndi isə internetdə Honor 300 Pro+ modelinin texniki öözəllikləri ilə bağlı bəzi təfərrüatlar ortaya çıxıb. Beləliklə ortaya çıxmış məlumata əsasən smartfon peyk rabitəsi özəlliyini əldə edəcək.
         Bununla yanaşı smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli OLED ekranla təchiz olunacaq. Honor 300 Pro+ iki versiyada satışa çıxacaq. Birinci versiya 256 GB-lıq daxili yaddaş həcminə, ikinci versiya isə 512 GB-lıq daxili yaddaş həcminə sahib olacaq. Hər iki versiya özündə 12 GB RAM-ı birləşdirəcək. Məlumatda qeyd edilib ki, smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq, 50 MP-lik əsas arxa kameranı əldə edəcək və 100 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə sahib olacaq.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Honor 300 Pro+ smartfonunun bəzi texniki imkanları ortaya çıxıb