
Honor Band 10 smart qolbağı təqdim olunub - QİYMƏTİ
Cihazlar+
24.04.2025
Emil
Honor şirkəti Honor Band 10 adlı yeni büdcəli smart qolbağını təqdim edib. bu yeni smart qolbaq iki versiyada təklif olunur. Adi və NFC-yə sahib versiya. Beləliklə Honor Band 10 smart qolbağı 60 Hz-lik təsvir yenilənməsinə sahib 402x256 piksel keyfiyyətli 1.57 düym ölçülü AMOLED ekranla təchiz olunub. Ekranın parlaqlığı avtomatik olaraq tənzimlənir və ətraf mühitlə uyğunlaşa bilir. Üstəlik ekran Always-on-Display funksiyasını dəstəkləyir. Honor Band 10 ürək döyüntüləri ritmini və qandakı oksigeni ölçməklə yanaşı həmçinin yuxu keyfiyyəti ilə stress səviyyəsini monitorinq edə bilir.

Sözügedən smart qolbaq süni zəka vasitəsilə ürək-damar sistemini daha dərindən analiz edə bilir. Bunun sayəsində bəzi xəstəlikləri öncədən təyin etmək mümkündür. Smart qolbaq 96 idman rejimini dəstəkləyir. Onun daxilində olan batareya isə qolbağa adi istifadə rejimi çərçivəsində 10 gün ərzində çalışmağa, enerjiyə qənaət rejimi çərçivəsində 14 gün ərzində çalışmağa, Always-on-Display funksiyasının aktiv olduğu halda isə 3 gün ərzində çalışmağa imkan verir. Honor Band 10 artıq Çində satışa çıxıb. Onun adi versiyasının qiyməti 32$, NFC-yə sahib versiyasının qiyməti isə 38$ təşkil edir. Smart qolbağın digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
