
Honor Choice Earbuds X5 naqilsiz qulaqlığı təqdim edilib - QİYMƏTİ
Cihazlar+
15.02.2024
Emil
Honor şirkəti Hindistanda Honor Choice Watch smart saatı ilə yanaşı Honor Choice Earbuds X5 adlı yeni naqilsiz qulaqlığını da təqdim edib. Honor-un bu yeni naqilsiz qulaqlığı vakuum konstruksiyasını əldə edib və o özündə 10 mm ölçülü audio drayverləri birləşdirir. Qulaqlıqlar ətraf səs-küyün aktiv boğulması funksiyasını dəstəkləyirlər. Bununla yanaşı onların gövdələri IP54 standartı üzrə sudan qorunurlar. Qulaqlıqlar cihazlara Bluetooth 5.3 vasitəsilə qoşulurlar. Şirkətin sözlərinə əsasən bir dəfə şarj olunandan sonra qulaqlıqlar 9 saat ərzində çalışa bilirlər. Şarj keysi ilə birlikdə isə bu göstərici 35 saat təşkil edir. Honor Choice Earbuds X5 artıq sabah Hindistanda satışa çıxacaq və onun qiyməti 25$ təşkil edəcək. Yeni naqilsiz qulaqlığın digər ölkələrdə satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
