main-post-cover

    Honor Choice Watch smart saatı təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    15.02.2024
    Emil Nəcəfov
         Honor şirkəti Hindistanda yeni smart saatını təqdim edib. Söhbət, Honor Choice Watch-dan gedir. Sözügedən smart saat öz böyük ölçülü ekranı ilə seçilir. Bununla yanaşı onun gövdəsi 5ATM standartı üzrə sudan qorunur. Beləliklə Honor Choice Watch smart saatı 502x410 piksel keyfiyyətli 1.95 düym AMOLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 550 nit təşkil edir və o, Always-on-Display funksiyasını dəstəkləyir. Smart saat ürək döyüntüləri tezliklərini, qandakı oksigen miqdarını ölçə bilir və yuxu keyfiyyətini monitorinq edir.
         Smart saat həmçinin 120 növ idman rejmini dəstəkləyir. Honor Choice Watch-un digər bir maraqlı özəlliyi ondadır ki, o, Bluetooth üzərindən telefon zənglərini qəbul edə bilir. Smart saat bir ədəd idarəetmə düyməsini əldə edib. Onu üstəlik SOS çağırışı üçün də istifadə etmək olar. Honor Choice Watch özündə 300 mAh enerji tutumlu batareyanı birləşdirir. Şirkətin sözlərinə əsasən bu cür batareya sayəsində smart saat 12 gün ərzində çalışa bilir. Honor Choice Watch 28 fevral tarixində Hindistanda satışa çıxacaq və onun qiyməti 78$ təşkil edəcək. Smart saatın digər ölkələrdə satılıb-satılmayacağı isə bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor-un yeni smart saatının xarici görünüşü sərgilənib
    honor-un-yeni-smart-saatinin-xarici-gorunusu-sergilenib
    Qatlana bilən qapaqlı Honor Magic Flip artıq yaxın zamanda təqdim oluna bilər
    qatlana-bilen-qapaqli-honor-magic-flip-artiq-yaxin-zamanda-teqdim-oluna-biler
    Qatlana bilən qapaqlı Honor Magic Flip-in fotosu təqdim edilib
    qatlana-bilen-qapaqli-honor-magic-flip-in-fotosu-teqdim-edilib
    Honor şirkəti yeni smart qolbağı olacaq Honor Band 9-un təqdimatına hazırlaşır
    honor-sirketi-yeni-smart-qolbagi-olacaq-honor-band-9-un-teqdimatina-hazirlasir
    Honor Snapdragon prosessorlu yeni planşet üzərində çalışır
    honor-snapdragon-prosessorlu-yeni-planset-uzerinde-calisir