
Honor da öz smart üzüyünü hazırlayır
Cihazlar+
28.02.2024
Emil
Samsung şirkəti keçən ay Galaxy S24 smartfon seriyasının təqdimatı zamanı Galaxy Ring adlı smart üzüyünü anons etdi. Dünən isə şirkət sözügedən smart üzüyü MWC 2024 sərgisində sərgilədi. Bəzi məlumatlara əsasən Apple şirkəti də öz smart üzüyünü hazırlamağı nəzərdən keçirir. İndi isə məlum olub ki, smart üzük üzərində çalışan məşhur şirkətlər siyahısına daha biri əlavə olunub. Söhbət, Honor-dan gedir. Bu barədə məlumatı Honor-un CEO-su George Zhao təqdim edib. Zhao şirkət tərəfindən hazırlanan smart üzük barəsində ətraflı məlumat verməsə də qeyd edib ki, o, şirkətin səhiyyə sahəsindəki geniş strategiyasının daha bir hissəsinə çevriləcək. Bu cür bəyanatdan belə qənaətə gəlmək olar ki, Samsung-un Galaxy Ring-i kimi Honor-un da smart üzüyü istifadəçi səhhətinin müəyyən göstəricilərinin ölçülməsinə hədəflənəcək.
Paylaş
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
