Logo
    main-post-cover

    Honor hərəkətli ekrana sahib smartfon üzərində çalışmış ola bilər

    Cihazlar+
    05.12.2024
    Emil
         Çin Milli İntellektual Mülkiyyət İdarəsinin (CNIPA) məlumatlar bazasında Honor-un yeni patenti ortaya çıxıb. Ortaya çıxmış patent Honor-un hərəkətli ekrana sahib smartfon üzərində çalışdığını əks etdirir. Patentdəki fotolara əsasən smartfon ekranının iki hissədən təşkil edilməsi nəzərdə tutulub. Həmin hissələrdən birinin statik olacağı halda digəri kənar istiqamətə hərəkət edə biləcək. Ekranı təşkil edən iki hissə bir-birinə elastiki komponentlər vasitəsilə birləşməlidir.
         Bu isə öz növbəsində ekranın hərəkətli hissəsinin daha axıcı şəkildə hərəkətini təmin edəcək. Qeyd etmək lazımdır ki, Honor bazarda ən nazik və yüngül qatlana bilən smartfonu (Honor Magic V3) təqdim etməklə bu bazarda diqqət çəkən nailiyyətlər əldə edib. Görünür, şirkət qatlana bilən smartfonlar bazarında əldə etmiş olduğu təcrübəsini hərəkətli ekranlar bazarında sınamaq istəyir. Honor-un bu cür smartfonunun nə zaman təqdim olunacağı və ya ümumiyyətlə təqdim olunub-olunmayacağı isə bilinmir.
    Paylaş