Honor Magic 5 Ultimate flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Honor Magic 5 Ultimate flaqman smartfonu təqdim edilib - QİYMƏTİ

Mobil Cihazlar
06.03.2023 PAYLAŞIM

    Keçən həftə Honor şirkəti MWC 2023 sərgisi çərçivəsində Honor Magic 5 smartfon seriyasını təqdim etmişdi. Sözügedən smartfon seriyasına adi Magic 5 modeli ilə birlikdə Magic 5 Pro da daxildir. İndi isə Honor Çində Honor Magic 5 Ultimate modelini təqdim edib. Təqdim edilmiş yeni Magic 5 Ultimate modeli həm xarici görünüşcə həm də texniki özəlliklər baxımından adi Magic 5-dən və Magic 5 Pro-dan bir qədər fərqlənir. Keçən həftə təqdim edilmiş Honor Magic 5 smartfonlarından Magic 5 əsas faktorlardan biri də arxa paneldir. Belə ki, Magic 5 Ultimate modelinin arxa paneli süni dəri ört Ultimate modelini fərqləndirən üyünə sahibdir. Bundan əlavə olaraq sözügedən smartfonun komplektinə dəri keys və qulaqlıqlar da daxildir.


    Beləliklə Honor Magic 5 Ultimate modeli Magic 5 Pro kimi 120 Hz-lik təsvir yenilənməsinə sahib 2848x1312 piksel keyfiyyətli 6.81 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində isə ikili ön kamera üçün nəzərdə tutulmuş oval formalı çıxıntı yerləşdirilib. Ekrana həmçinin ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı inteqrasiya edilib. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunur və özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi və stereo səsgücləndiriciləri birləşdirir.

    Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic 5 Ultimate modeli Snapdragon 8 Gen 2 prosessoru, 16 GB RAM, 512 GB daxili yaddaş həcmi, 50 MP (f/1.6 diafraqma, optik stabilizasiya) + 50 MP (f/2.0 diafraqma, 122 dərəcə bucaq əhatəsi) + 50 MP (f/3.0 diafraqma, optik stabilizasiya, 3.5 qat optik zoom, 100 qat rəqəmsal zoom) üçlü arxa kamera, 12 MP + 3D (100 dərəcə bucaq əhatəsi) ikili ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5450 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyinə də sahibdir. Magic 5 Ultimate modeli MagicOS 7.1 interfeysli Android 13 vasitəsilə çalışır. Magic 5 Ultimate modeli Çin bazarında 20 mart tarixində satışa çıxacaq və 967$ qiymətinə satılacaq. Smartfon böyük ehtimal ilə qlobal bazarda satılmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×