main-post-cover

    Honor Magic 6-da olacaq süni zəka funksiyalarından biri sərgilənib (VİDEO)

    Cihazlar+
    26.10.2023
    Emil Nəcəfov
         Honor şirkəti hələ Honor Magic 6 smartfon seriyasını təqdim etməyib. Lakin bununla belə şirkət zaman-zaman bu smartfon seriyası barəsində məlumatları təqdim edir. Artıq bugün ərzində rəsmi şəkildə məlum oldu ki, Honor Magic 6 smartfon seriyası Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. İndi isə şirkət Magic 6-da reallaşdırılacaq süni zəka funksiyası barəsində məlumat verib. Şirkət bildirib ki, güclü Snapdragon 8 Gen 3 prosessoru Honor Magic 6-da böyük dil modellərini işə salmağa imkan verəcək.
         Qualcomm Snapdragon 8 Gen 3-ü təqdim edən zaman Honor şirkəti Magic Capsule adlı yeni funksiya çərçivəsində süni zəka imkanlarını sərgiləyib. Bu funksiya bir növ iPhone 15 smartfonlarının ekranlarındakı Dynamic İsland çıxıntısını xatırladır. Lakin Honor şirkətinin hazırladığı funksiyanın əsas fərqləndirici özəlliyi ondadır ki, o, istifadəçi gözlərinin istiqamətlənməsini izləyir. Təqdim edilmiş videoda bu özəllik vasitəsilə istifadəçinin smartfonu göz hərəkətləri vasitəsilə necə idarə etməsi əks olunub. Qeyd etmək lazımdır ki, Honor Magic 6 smartfon seriyasının təqdimatı gələn ilin birinci yarısında baş tutmalıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor Magic 6 smartfonlarının hansı prosessor vasitəsilə çalışacaqları rəsmi şəkildə təsdiqlənib
    honor-magic-6-smartfonlarinin-hansi-prosessor-vasitesile-calisacaqlari-resmi-sekilde-tesdiqlenib
    Honor Magic 6 Pro-nun real fotoları təqdim edilib
    honor-magic-6-pro-nun-real-fotolari-teqdim-edilib
    Orta büdcəli Honor X9b smartfonu təqdim edilib
    orta-budceli-honor-x9b-smartfonu-teqdim-edilib
    Honor X9b smartfonunun render fotosu və texniki göstəriciləri təqdim edilib
    honor-x9b-smartfonunun-render-fotosu-ve-texniki-gostericileri-teqdim-edilib
    Honor Play 8T smartfonu təqdim edilib - QİYMƏTİ
    honor-play-8t-smartfonu-teqdim-edilib-qiymeti