
Honor Magic 6-nın tenxiki imkanları açıqlanıb
Cihazlar+
19.12.2023
Emil
Honor Magic 6 smartfon seriyası hələ təqdim olunmasa da onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Çinin Weibo adlı sosial şəbəkəsində adi Honor Magic 6 modelinin texniki göstəriciləri ortaya çıxıb. Sosial şəbəkədə ortaya çıxmış məlumatlara əsasən Honor Magic 5 ilə müqayisədə Honor Magic 6 modeli daha təkmilləşdirilmiş olacaq. Belə ki, adi Honor Magic 6 modeli kənarları əyilmiş dizaynda reallaşdırılmış OLED ekranla təchiz olunacaq və ekranın özü Jurhino adlı qoruyucu şüşə ilə əhatə olunacaq.
Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 66 vatt gücündə sürətli şarj texnologiyalı 5800 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Bununla yanaşı smartfon naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. İnsayderlər qeyd ediblər ki, Honor Magic 6 smartfonu 50 MP + 50 MP + 50 MP üçlü arxa kameraya sahib olacaq. Smartfonun gövdəsi IP68 standartı üzrə sudan qorunacaq və üstəlik smartfon peyk rabitəsi funksiyasını əldə edəcək. Honor Magic 6 smartfon seriyasının gələn ilin əvvəlində təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Honor şirkəti Honr X50 Pro smartfonu üzərində çalışır
Honor şirkəti hal hazırda aktiv şəkildə Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Lakin insayderlərin vermiş olduqları məlumata əsasən şirkət Snapdragon prosessoru vasitəsilə çalışacaq yeni smartfon üzərində çalışır.

Cihazlar+
Honor Pad 9 planşetinin texniki göstəriciləri açıqlanıb
Honor şirkəti 21 dekabr tarixində növbəti təqdimat tədbirini keçirəcək. Baş tutacaq təqdimat tədbirində şirkət Honor 90 GT smartfonu ilə yanaşı üstəlik Honor Pad 9 planşetini də təqdim edəcək.

Cihazlar+
Orta büdcəli Honor X8b smartfonu təqdim edilib - QİYMƏTİ
Honor şirkəti Honor X8b adlı yeni orta büdcəli smartfonunu təqdim edib.

Cihazlar+
Honor Magic 6 Porsche Design-ın sxem fotosu təqdim edilib
Dünən məlum oldu ki, Honor şirkəti Porsche Design komandası ilə əməkdaşlığa başlayıb.

Cihazlar+
HONOR X9b rəsmi olaraq Azərbaycanda təqdim edildi!
Bir neçə ay öncə xarici bazarda təqdim edilən HONOR X9b cihazı ötən günlərdə Azərbaycan bazarına da rəsmi olaraq giriş etdi.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
