
Honor Magic 6-nın vacib texniki imkanlarından biri məlum olub
Cihazlar+
29.11.2023
Emil
Honor şirkəti Honor Magic 6 smartfon seriyasının təqdimatına hazırlaşır. Sözügedən seriyaya Honor Magic 6 və Magic 6 Pro modellərinin daxil olacaqları gözlənilir. İndi isə məlum olub ki, Honor Magic 6 smartfonu Çinin 3C adlı sertifikatlaşdırma agentliyində qeydiyyatdan keçib. Bunun sayəsində smartfonun vacib texniki özəlliklərindən biri ortaya çıxıb. Beləliklə sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında olan məlumata əsasən smartfon 66 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyini əldə edəcək. Qeyd etmək lazımdır ki, bu ilin fevral ayında təqdim edilmiş Honor Magic 5 Pro smartfonu da 66 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyir. Honor Magic 6 smartfon seriyasının gələn ilin birinci yarısında təqdim olunacağı gözlənilir.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
